Ermənistan millisinin Kipr səfəri təxirə salındı

21 yaşadək futbolçulardan ibarət Ermənistan yığması Avropa çempionatının seçmə mərhələsində İsveç və İslandiya ilə keçirəcəyi oyunlar üçün Kiprə yollana bilməyib.

Komanda.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Kipr səfərinin təxirə salınmasına səbəb komandanın bir neçə futbolçusunun koronavirusa yoluxması göstərilib.

21 yaşadək futbolçulardan ibarət Ermənistan millisinin İsveç və İslandiya ilə oyunları Kiprdə, Larnaka şəhərindəki “Antonis Papadopoulos” stadionunda olmalı idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button