21-ci əsrin ən pis seriyası
“Sevilya” İspaniya La Liqasının 4-cü turu çərçivəsində evdə “Barselona”ya uduzub (0:3).
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Xulen Lopeteqinin komandası La Liqada keçirdiyi son 16 oyunun yalnız 3-də qalib gəlib. Bu, 21-ci əsrdə klub tarixində ən pis seriyadır.
“Sevilya” La Liqada bir xalla turnir cədvəlində 15-ci yeri tutur. Komanda ötən mövsümü İspaniya çempionatında 70 xalla 4-cü yerdə başa vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin