AÇ: Azərbaycan millisi bu gün son oyununa çıxacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya yığması olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan yığma final mərhələsinə vəsiqə əldə etmək üçün mütləq qələbə qazanmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.
Bizi Facebook-da izləyin