2019-cu ilin ən yaxşı pleymeykerləri
2019-cu ilin ən güclü pleymeykerlerinin siyahısı müəyyənləşib.
Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı oyun qurucularının adlarını açıqlayıb.
Aparılan səsvermə nəticəsində “Barselona”nın kapitanı Lionel Messi hamını qabaqlayıb. 299 xal toplayan argentinalı superulduz ən yaxın izləyicisi olan Kevin De Bruyneni düz 214 xal üstələyib. İlk “üçlüy”ü yayda “Çelsi”dən “Real”a keçən Eden Azar qapayıb.
Qeyd edək ki, səsvermədə 22 futbolçu səs toplayıb.
İlk “10-luq”
- Lionel Messi (Argentina / “Barselona”) – 299 xal
- Kevin De Bruyne (Belçika / “Mançester Siti”) – 85
- Eden Hazard (Belçika / “Çelsi”/”Real”) – 55
- Roberto Firmino (Braziliya / “Liverpul” – 46
- Bernardo Silva (Portuqaliya / “Mançester Siti”) – 32
- Duşan Tadiç (Serbiya / “Ayaks”) – 30
- Frenki de Yonq (Hollandiya / “Ayaks”/”Barselona”) – 25
- Kristian Eriksen (Danimarka / “Tottenhem”) – 21
- Antuan Qrizmann (Fransa / “Atletiko”/”Barselona”) – 20
- Corcinyo Veynaldum (Hollandiya / “Liverpul”) – 17
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin