“2 xal itirdik” – Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis qolsuz bitən görüşləbağlı bunları söyləyib:

“Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə oldu. İlk yarıda rəqib üstün oynadı, fasilədən sonra vəziyyəti dəyişdik. Bu gün iki xal itirdik. Rəqibin əks-hücumlara üstünlük verəcəyini bilirdik. Hətta qol da vura bilərdilər. Lakin bizim də imkanlarımız oldu. Bu gün iki xal itirdik. Hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin hansı pillədə qərarlaşmasının önəmi yoxdu. Motivasiyasız oynadığımızı deməzdim. Qol vurub, matçı bitirmək istəyirdik. Lakin alınmadı. Səhvlər olanda hamı günahı müdafiəçilərdə görür. Amma elə deyil. Əsas komanda oyunudu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button