2 milyon avronun söhbəti

İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə yeni müqaviləni razılaşdırmaq üçün danışıqları davam etdirir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər maliyyə məsələsində razılığa gələ bilmirlər. Məsələ burasındadır ki, argentinalı futbolçu Turin klubundan illik 10 milyon avro tələb edir, qarşı tərəf isə ona cəmi 8 milyon ödəməyə razıdır.

Tərəflər razılaşmasalar, Dibala bu yay azad agent kimi başqa kluba keçəcək.

Dibala “Yuventus”da 2015-ci ildən çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button