2-ci Liqanın bombardiri təltif edildi
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 26-cı turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Komanda.az xəbər verir ki, “Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov 32 qolla 2-ci Liqada 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu seçilib.
Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin