2-ci Liqa klubunun futbolçusu 2 oyunluq cəzalandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Ağdaş” – “Sheki City” oyununda “Ağdaş” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Sheki City” oyununda “Sheki City” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sheki City” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Sheki City” oyununun 39-cu dəqiqəsində “Sheki City” klubunun 27 nömrəli futbolçusu Yusif Dilanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sheki City” klubu 150 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şahdağ Qusar” klubu 70 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Baku Sportinq” oyununun 73-cü dəqiqəsində “Baku Sportinq” klubunun 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sportinq” klubu 50 manat cərimə edilib.
“Şəfa” – “Lerik” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilib.
“Şəfa” – “Lerik” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilib.
“Qusar” – “Füzuli” oyununun 19-cu dəqiqəsində “Füzuli” klubunun 1 nömrəli qapıçısı Kamil Nəzərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Füzuli” klubu 80 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.
Bizi Facebook-da izləyin