18 milyon avro uduzub – “Neftçi”nin keçmiş baş məşqçisi
“Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela kazinoda 18 milyon avro uduzub.
Komanda.az xəbər verir ki, bu barədə çexiyalı mütəxəssisin özü məlumat verib. O, qumara aludəçiliyi səbəbindən klinikada müalicə olunur:
“Bəli, mən hesabladım ki, “ruletka”da nə qədər uduzmuşam. Bu, ağlasığmaz rəqəmlərdir. Hamısını üst-üstə gəlsək, hardasa yarım milyard Çexiya kronu (təxminən 18 milyon avro) edir. Xəstəxanaya müraciət etməmişdən əvvəlki ay mənim üçün çox kritik idi. Kazinoya çox aludə olmuşdum, qalan hər şey mənim üçün maraqsız idi. Bilmirdim ki, nə edim, ona görə də, həkimlərə üz tutdum. İndi özümü yaxşı hiss edirəm, ümid edirəm ki, tam sağalacam”.
Petrjela 2007/08 mövsümündə “Neftçi”ni çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin