165 idmançı çempionluq üçün yarışacaq

16-21 yaşlı taekvondoçuların Azərbaycan çempionatı keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq yarışda 165 taekvondoçu (107 kişi, 58 qadın) çempionluq uğrunda mübarizə aparacaq.

Sabah startı veriləcək yarış aprelin 3-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button