16 yaşı var, Mbappe ilə birlikdə oynamaq istəyir
“Palmeyras”ın braziliyalı hücumçusu Andrik gələcəkdə Vinisius Junior və Kilian Mbappe ilə birlikdə “Real”da oynamaq istədiyini bildirib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Mbappenin bütün futbolçulardan çox güclü olduğunu deyib:
“Vinisius və Mbappe ilə oynamaq əla olardı. Onların hər ikisi əladır və mən belə yaxşı oyunçularla oynamaq istərdim. Mbappe bütün digər oyunçulardan qat-qat güclüdür. O, qətiyyətli, möhtəşəm və çox sürətlidir”.
Madrid klubu 16 yaşlı Andrik üçün 72 milyon avro ödəyəcək. Braziliyalı futbolçu 2024-cü ilin iyulunda Madrid klubuna qoşulacaq. Onunla “kral klubu” arasında 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin