13 il sonra gələn qələbə – VİDEO

Futbol üzrə Malta yığması AÇ-2020-nin seçmə mərhələsinə qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, F qrupunda yer alan bu komanda doğma meydanda Farer adalarına 2:1 hesabıyla qalib gəlib.

Bu qələbə Malta yığması üçün əlamədat olub. Belə ki, sözügedən komanda son 13 ildə ilk dəfə doğma meydanda keçirdiyi rəsmi oyunu qələbə ilə başa vurub.

Malta yığması sonuncu dəfə 2006-cı ilin oktyabr ayında Macarıstanla rəsmi oyundan 2:1 hesabıyla qalib ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button