1 il sonra vəfat etdi – Aldığı ağır xəsarətə görə
Meksikalı peşəkar boksçu Moises Fuentes vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman sosial şəbəkə hesabında məlumat verib.
Fuentes son döyüşündə aldığı ağır xəsarətə görə bir il idi ki, xəstəxanada idi. O, 2021-ci ilin oktyabrında həmyerlisi David Kuelyara nokautla məğlub olmuşdu.
Boksçu qarşılaşmadan sonra beynində yaranan qan laxtasına görə xəstəxanaya aparılmış və əməliyyat olunmuşdu. Zədə ağır olduğu üçün idmançı süni nəfəs aparatına qoşulmuşdu.
Fuentes 2011-ci ildə WBO versiyası üzrə yüngül çəkidə çempion olub. O, peşəkar rinqdə 25 qələbə, 7 məğlubiyyət və 1 heç-heçə əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin