Tuncay Şanlı istefaya göndərildi
Türkiyə 1-ci Liqasında mübarizə aparan “Sakaryaspor” baş məşqçi Tuncay Şanlını istefaya göndərib.
Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tuncay Şanlı komandaya 2023-cü ilin sentyabr ayında baş məşqçi təyin olunmuşdu. Komanda 1-ci Liqada 33 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin