0:5-dən sonra: “Kimə qarşı oynadığımızı başa düşməliyik”
“Sportinq”in baş məşqçisi Ruben Amorim Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunundan (0:5) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqç, böyük hesabla uduzan komandası ilə fəxr etdiyini deyib:
“Oyunçularımı qucaqlamaq istərdim, çünki onlar bu gün hər şey etdilər. Komandamla və azarkeşlərlə fəxr edirəm.
Bu gün baş verənləri izah etmək çətindir. Amma kimə qarşı oynadığımızı başa düşməliyik. Bizə vaxt lazımdır, keçən illə müqayisədə irəliyə doğru böyük addım atmışıq. Qarşıda daha bir oyunumuz var, hələ turniri tərk etmirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin