Avropa Liqası: “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər

“Neftçi” Avropa Liqasının 3-cü mərhələsinə vəsiqə qazanarsa, Türkiyənin “Trabzonspor” klubu ilə qarşılaşa bilər.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakı klubu 2-ci təsnifat mərhələsində “Arsenal”ı (Tula) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə səpələnmişlər səbətində yer alacaq. “Neftçi”nin potensial rəqibləri arasında isə “Trabzonspor”, həmçinin Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Səbail”i mübarizədən kənarlaşdıran “Universitatya Krayova” (Rumıniya) kimi komandalar var.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

“Sparta” (Praqa, Çexiya)
“Espanyol” (İspaniya) – “Styarnan” (İslandiya) cütünün qalibi
“Domjale” (Sloveniya) – “Malmö” (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
“Buduçnost” (Monteneqro) – “Zarya” (Ukrayna) cütünün qalibi
“Arsenal” (Tula, Rusiya) – “Neftçi” (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

“Trabzonspor” (Tükiyə)
“Utrext” (Hollandiya) – “Jrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya) cütünün qalibi
“Lyutsern” (İsveçrə) – “Kİ Klaksvik” (Farer adaları) cütünün qalibi
“Bney Yehuda” (Təl-Əviv, İsrail)
“Honved” (Macarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütünün qalibi

“Neftçi” ilə “Arsenal” arasında ilk oyun iyulun 25-də Tulada keçiriləcək, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button