Ərəblərdən Premyer Liqa klubuna 25 milyon avroluq təklif
“Əl-Əhli” klubu “Nyukasl”ın hücumçusu Allan Sen-Maksimen üçün rəsmi təklif göndərib.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi fransalı futbolçu üçün 25 milyon avro təklif edib.
Keçid baş tutsa, Sen-Maksimen yeni klubunda illik 12 milyon avro maaş ala bilər.
26 yaşlı futbolçu 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla “sağsağanlar”ın heyətində 31 oyunda bir qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin