“Ən çətin qruplardan birinə düşmüşük” – Sautqeyt
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt UEFA Millətlər Liqasının 2-ci turunda Almaniya ilə heç-heçə (1:1) etdikləri oyun haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında bunları deyib:
“Düşünürəm ki, yaxşı oynadıq. Ən çətin qruplardan birinə düşmüşük. Hiss etdim ki, ilk hissədə yaxşı oynadıq, lakin ötürmə keyfiyyətimiz zəif idi və bunu düzəltmək lazım idi. İkinci hissə çox yaxşı başlamadı, bir az passivlik buraxılan qola səbəb oldu. Almaniya yaxşı oynadı, belə ötürmələri yalnız yüksək səviyyəli komandalar edə bilər. Cordan Pikford hesab edir ki, o, daha yaxşı oynamalı idi. Məncə, biz bu nəticəyə layiqik”.
UEFA Millətlər Liqasının ilk turunda İngiltərə yığması səfərdə Macarıstana uduzub (0:1). İngilislərin növbəti oyunu iyunun 11-də son Avropa çempionu İtaliyaya qarşı olacaq.
Bizi Facebook-da izləyin