Əli Şükürlüdən Avropa birinciliyində 3 medal!
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.
Bu gün onlardan son olaraq Əli Şükürlü körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.
Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.
Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.
Bizi Facebook-da izləyin