“Əla oynadıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 20-ci turunun “Sevilya” ilə matçını (3:0) dəyərləndirib.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunu qollara və ötürmələrə görə qiymətləndirdiyini deyib:

“Biz xal fərqinə, oyun üslubumuza və nəticəyə baxırıq. Əla oynadıq. “Real”la xal fərqi 8-ə bərabərdir.

Kənardan Rafinyaya qarşı tənqidlərin olmasına baxmayaraq, o, ardıcıl iki oyundur qol vurur. Görüşü yalnız qollara və ötürmələrə görə qiymətləndirirəm”.

Bu matçdan sonra Kataloniya təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 53 xalla 1-ci, “Sevilya” isə 21 xalla 15-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button