Qvardiola: “Arsenal” bizi məğlub etsə…”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınan “Arsenal”la oyundan öncə gözləntilərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, London təmsilçisinə uduzacaqları halda, onları təbrik edəcəyini vurğulayıb:

“Arsenal” bizi məğlub etsə, bu, yalnız onlar daha yaxşı olduqları üçün reallaşa bilər. Bu, idmandır. Uduzsaq, öncə onları təbrik edəcəm. Hər şey öz əlimizdədir.

Premyer Liqada çempionluq şanslarımızı son oyuna qədər qorumağa çalışacağıq. Futbolçularımdan bu yolda əzmkarlıq görmək istəyirəm. Uğursuz olsaq, bunu qəbullanarıq. Lakin əlimizdən gələni edəcəyik. Futbolçularım bunun üçün hər gün çalışmalıdırlar”.

“Arsenal” – “Mançester Siti” matçı bu gün keçiriləcək.

“Topçular” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə 51 xalla başçılıq edir. MS isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button