Ən yaxşı driblinqə malik 10 gənc futbolçu
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən yaxşı driblinqə malik 23 yaşadək futbolçuların siyahısını təqdim edib.
Komanda.az xəbər verir ki, araşdırma son 365 gün ərzində çıxış etdiyi çempionatda ən azı 1500 dəqiqə meydanda olmuş oyunçular arasında aparılıb.
Siyahıda ilk pillədə “Real”ın hücumçusu Vinisyus Juniordur. Braziliyalı futbolçu orta hesabla hər 15 dəqiqə 32 saniyədən bir uğurlu driblinq etməyi bacarıb. Bu isə 100 faizlik indekslə qiymətləndirilib.
Ümumilikdə ilk 100-lüyə 35 müxtəlif liqadan olan futbolçular düşüb. İspaniya La Liqasının 11 iştirakçısı cədvəldə yer alıb ki, bu da ən yüksək göstəricidir.
100 oyunçu arasında Azərbaycan Premyer Liqasından heç kim yoxdur.
İlk 10 yer
- Vinisyus Junior (Real, İspaniya)
- Angelo Qabriel (Santos, Braziliya)
- Camal Musiala (Bayern, Almaniya)
- Məhəmməd Kudus (Ayaks, Niderland)
- Rodriqo (Real, İspaniya)
- Luis Enrike (Betis, İspaniya)
- Xviça Kvaratsxeliya (Napoli, İtaliya)
- Fakundo Bunanotte (Brayton, İngiltərə)
- Niko Uilyams (Atletiko, İspaniya)
- Fil Foden (Mançester Siti, İngiltərə)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin