Ronaldo Messini təriflədi

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-nin hücumçusu Lionel Messi barədə danışıb.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Ronaldo, Messi ilə olan münasibətindən söz açıb. “Qırmızı şeytanlar”ın futbolçusu onu sehrbaz adlandırıb:

“Möhtəşəm oyunçu, sehrbaz… Biz 16 ildir dünyada futbol səhnəsini paylaşırıq, 16 il. Onunla əla münasibətim var. Həmişə mənim haqqımda danışır. Ona çox hörmət edirəm”.

Portuqaliyalı hücumçu argentinalı həmkarını olduqca müsbət dəyərləndirib:

“Messi haqqında nə deyə bilərəm? Futbol üçün çox şey edən əla oğlan”.

Messi karyerası ərzində 7, Ronaldo isə 5 dəfə “qızıl top” mükafatını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button