Paşayevin komandası kubokla vidalaşdı

Ukrayna kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb. 1/4 final mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşan “Aleksandriya”, əsas vaxtı 0:0 bitən qarşılaşmanın 106-cı dəqiqəsində qol buraxaraq, məğlub olub – 0:1.

Pavel Paşayev sözügedən qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button