İngiltərə millisinin sabiq futbolçusu qəzaya uğradı FOTO

Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Cermeyn Defo qəzaya uğrayıb.

Komanda.az xəbər verir ki, bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. Defo Şotlandiya Premyer Liqasının 7-ci turunun “Aberdin”lə matçından (5:0) sonra avtomobiliylə qəzaya uğrayıb. Hadisə zamanı hücumçunun ciddi xəsarət almadığı bildirilib.

2019-cu ilin yanvarından “Reyncers”də çıxış edən Defo, bu mövsüm 13 oyunda 9 qol vurub. 36 yaşlı hücumçu daha əvvəl “Tottenhem”, “Sanderlend”, “Bornmut” kimi komandaların formasını geyinib. Defo 57 dəfə çıxış etdiyi İngiltərə millisində 20 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button