“Sabah”dan Kolumbiya klubuna keçə bilər – 1 illik müqavilə

“Sabah”ın futbolçusu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu “Deportivo Tolimo” klubuna keçməyə yaxındır. Bu barədə kolumbiyalı jurnalist Yulian Kapera rəsmi “tvitter” hesabından məlumat yayıb. O, Roxasın “Deportivo Tolimo” ilə müddəti 2020-ci ilin dekabrına qədər olan müqavilə imzalayacağını bildirib.

Bu yay “Sabah”a keçən Roxas, cəmi 2 qol vurub. Onun Bakı təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button