“Oyunumuzda dinamiklik çatışmırdı” – Visente Qomes

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Qomes, 0:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Qarşılaşmanın birinci hissəsi eyni səviyyədə keçdi. Rəqib qol vurmağı bacardı, biz isə hücumları məntiqli sonluqla tamamlaya bilmədik. Oyunumuzda dinamiklik çatışmırdı. İkinci yarıda üstün tərəf biz idik. Lakin əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button