Ekşteyn: “Sabah”a keçmək istəmirdim”

“Səbail”in futbolçusu Hendrik Ekşteyn Cənubi Afrika mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Ekşteyn, “Sabah”a keçmək istəmədiyini deyib:

“Bir neçə aydır Azərbaycandayam. Atam, ailəm və dostlarım üçün darıxıram. Düzü, “Sabah”a keçmək istəmirdim. Çünki Bakıyla bağlı heç bir məlumatım yox idi. Ancaq bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun “Qarabağ”ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi”.

Ekşteyn 2019-cu ilin yayında “Sabah”a keçmişdi. 29 yaşlı futbolçu qış fasiləsində “Sabah”dan ayrılaraq, “Səbail”ə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button