“Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya artıq 2 min bilet qalıb. Bu barədə klubun rəsmi “facebook” hesabı məlumat yayıb. Satışa çıxarılan 30 min biletin 28 mini satılıb.

Sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu saat 20:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button