Baş məşqçidən İkardiyə – “Özünə komanda tap”

PSJ-nin baş məşqçisi Kristof Qalte hücumçu Mauro İkardi ilə bağlı vəziyyətdən danışıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qalte, 29 yaşlı argentinalı ilə çalışmaq istəmədiyini bildirib:

“Həftənin əvvəlində İkardi ilə görüşdüm və PSJ-nin heyətini daha da azaltmaq istədiyimi söylədim. 25 futbolçu ilə işləmək istəmirəm. Bu qədər futbolçu saxlamaq mümkün deyil. İkardi son mövsümlərdə çox az oyun keçirib”.

Baş məşqçi hesab edir ki, İkardi karyerasını yenidən başlatmalıdır:

“Bu, təkcə İkardinin deyil, PSJ-nin də maraqlarına uyğundur. Mauroya öz keyfiyyətlərini göstərə biləcəyi komanda lazımdır. Amma son iki il onun üçün həqiqətən də çətin olub”.

İkardi Liqa 1-in 1-ci turunun “Klermont”la (5:0) matçının iştirak ərizəsinə daxil edilməyib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button