Rayola: “Poqba səhv bir hərəkət etmədi”

Uzun müddətdir adı “Real” və “Yuventus”la yanaşı çəkilən “Mançester Yunayted”in futbolçusu Pol Poqbanın meneceri Mino Rayola açıqlama verib.

Komanda.az “Mirror”a istinadən xəbər verir ki, meneceri, Poqbanın klubla razılığa gələcəyinə ümid etdiyini deyib:

“Poqba səhv bir hərəkət etmədi. O, hər zaman peşəkar və hörmətli davrandı. Onun arzusu tamamilə başqadır və o, bu arzusuna çatmaq istəyir. “Mançester Yunayted” də onun fikirlərini bilir. Rəhbərlik bəzi məsələləri mətbuata fərqli çatdırır. Klubda hər kəs Poqbanın istəyini bilir. Biz də bu istiqamətdə işlərimizi davam etdiririk. Ümid edirəm ki, tezliklə hər kəs üçün uyğun bir həll yolu tapılacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button