“Mançester Yunayted” 90 milyon avroluq transferə hazırlaşır

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az “Daily Maily”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 24 yaşlı futbolçu ilə razılıq əldə edib. Yaxın günlərdə futbolçunun meneceri danışıqları davam etdirmək üçün İngiltərəyə gedəcək.

Futbolçunun “qırmızı şeytanlar”la 2024-cü ilədək müqavilə imzalayacağı və illik 6 milyon avro qazanacağı bildirilir. “Mançester Yunayted” bu transfer üçün “Latsio”ya 75 milyon +15 milyon avro (bonus) ödəyəcəyi bildirilir.

“Mançester Yunayted”in Sergeyi “Real”ın transfer hədəfində olan Pol Poqbanın əvəzləyicisi kimi planlaşdırdığı deyilir.

Serbiyalı futbolçu, son mövsümdə keçirdiyi 41 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button