“Bavariya” üçün tibbi müayinədən keçəcək – MS-in futbolçusu

“Mançester Siti”nin futbolçusu Leroy Sane karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 24 yaşlı futbolçunun artıq Münhendə olduğu və “Bavariya” üçün tibbi müayinədən keçəcəyi bildirilir.

“Bavariya” Sane ilə 5 illik müqavilə imzalayacaq. Bundesliqa təmsilçisinin “Mançester Siti”yə alman yarımmüdafiəçi üçün 50 milyon avro ödəyəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button