“Mən Kostaya tam güvənirəm” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone, Dieqo Kosta ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, Kostanın komanda üçün vacib futbolçu olduğunu deyib:

“Mən Kostaya tam güvənirəm. Ümid edirəm ki, o, növbəti mövsüm komandada qalacaq. Kosta bizim üçün əhəmiyyətli futbolçudur. O qayıtdıqdan sonra biz Avropa Liqasını və UEFA superkubokunu qazandıq”.

30 yaşlı hücumçu bu mövsüm “Atletiko”nun heyətində iştirak etdiyi 15 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button