“Ona qarşı kin saxlamıram” – Koşta

“Atletiko”nun futbolçusu Dieqo Koşta “İnter”in baş məşqçisi Antonio Konte ilə bağlı açıqlama verib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Çelsi”də Konte ilə birlikdə çalışmış Koşta, onunla bağlı bunları deyib:

“Konte ilə meydandan kənarda problemlər yaşadıq, amma məncə, o, çox yaxşı baş məşqçidir. Ona qarşı kin saxlamıram. O, yüksək səviyyəli baş məşqçi olmaq üçün insani xüsusiyyətlərini dəyişdirməlidır. Konte hər şeydən ehtiyatlanır, şübhə edir. Bu xüsusiyyətlə o, “Real”da bir mövsüm belə keçirə bilməz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button