“Neftçi”dən Sumqayıtda əzmkar qələbə və vahid liderlik

Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun ilk matçında autsayderlər qrupunda qərarlaşan “Keşlə” debütant “Sabah”ı sınağa çəkib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Günün son qarşılaşmasında “Qarabağ” “Zirə”ni qəbul edib. “Köhlən atlar” son 10 oyunda uduzmamışdı və 41 xalla 2-ci pillədə yer alırdı. Bu, iki komanda arasında yubiley – 15-ci görüş idi. Əvvəlki oyunların heç birində “Zirə” qələbə qazana bilməmişdi. Elə bu dəfə də ənənə pozulmayıb. Amma qarşılaşma qolsuz bitib və “Qarabağ” vacib xallar itirib.

Turun qalan iki oyunu bu gün keçirilib. Qeyri-sabit çıxış edən “Qəbələ” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. “Qırmızı-qaralar” avrokuboklara vəsiqə qazanmaq arzusunun bitməməsi üçün bu oyundan mütləq qələbə ilə ayrılmalıydılar. Üç qolun qeydə alındığı matç məhz meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Çempionatın şərikli liderlərindən olan “Neftçi” isə “Sumqayıt”ın qonağı olub. “Kimyaçılar” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır. “Neftçilər” isə çempionluq yolunda “Qarabağ”la mübarizə aparır. Bu görüşdə qələbə hər iki komandaya hava-su kimi lazım idi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma sonda qonaqlar əzmkar qələbəyə seviniblər.

Azərbaycan Premyer Liqası, 20-ci tur

9 mart

Keşlə – Sabah 3:0

Qol: Conatan Ayite, 26; 47. Cabir Əmirli, 66. 

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”, 16:00

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 4. Slavik Alxasov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 17. Samir Məsimov, 21. Angelo Pena, 66. Murad Qayalı, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 33. Eltun Turabov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 17. Təmkin Xəlilzadə, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 13. Filip İvanoviç, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov, 42. Reza Biqdelo
Baş Məşqçi: Elşad Əhmədov

______________________________________________________________________________

Qarabağ – Zirə 0:0

Hakimlər:
Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu, 18:30

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 77. Donald Gerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 99. Reynaldo Silva, 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 9. Araz Abdullayev, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 23. Mfo Kqasvane, 20. İsmael Fofana, 38. İlkin Muradov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodriqez, 3. Budaq Nədirov, 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov

______________________________________________________________________________

10 mart

Qəbələ – Səbail 2:1

Qol:
Ceyms Adeniyi, 49; 55 – Elvin Yunuszadə, 84.

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 73 (“Qəbələ”).

Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 14:00

Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov (k), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 21. Atakora Lalavele, 17. Ceyms Adeniyi,28. Stiven Monroz, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 9. Davit Volkov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 11. Ruslan Qurbanov, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 4. Enrike Perilyo, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev.ş 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 5. Vüqar Bəybalayev, 33. Tome Kitanovski, 3. Tamazi Tsetsxladze, 27. Emil Martinov, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev


Sumqayıt – Neftçi 1:2

Qol: Peyman Babayi, 26 – Mamadu Mbodj, 76. Ömər Buludov, 87.

Qırmızı vərəqə: Mehdi Cənnətov, 77 (“Sumqayıt”).

Hakimlər:
Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Sumqayıt şəhər stadionu, 16:30

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 11. Atilla Yıldırım, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Neftçi
: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin

 

 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button