Kamran 90 dəqiqə oynadı, “Jonava”…

Futbol üzrə Litva 1-ci liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Quliyevin formasını geyindiyi “Jonava” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Jalgiris”in B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Kamran da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Son iki turda dubla imza atan, cari mövsümdə bütövlükdə 10 qol vuran futbolçumuz bu matçda fərqlənə bilməyib.

“Jonava” hazırda 36 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button