Kubok oyunları ilə bağlı müzakirə – Ləğv edilə bilər

Cari mövsümdə İngiltərə Federasiya kuboku ləğv edilə bilər.

Komanda.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası bu barədə müzakirələrə başlayıb. Bu haqda İngiltərə mətbuatı məlumat yayıb.

Bildirilir ki, 1/4 final mərhələsi keçiriləcək kubok oyunları koronavirus pandemiyası səbəbiylə davam etdirilməyə bilər. Federasiya, Çempionlar Liqası və Premyer Liqa kimi daha yüksək statuslu turnirlərin davam etdiriləcəyini nəzərə alaraq, kubokun dayandırılmasını və cari mövsümdə etibarsız sayılmasını müzakirə edir.

Kubokun 1/4 final mərhələsinin oyunları martın 20-22-də keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button