Kubokun final oyunu partlayıcı maddəyə görə təxirə salındı

Futbol üzrə Yunanıstan kubokunun “Olimpiakos”la AEK arasında iyulun 26-da keçirilməli olan final matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Finalın təxirə salınmasına səbəb, matçın keçiriləcəyi Afinadakı “Georgios Kamaras” stadionu yaxınlığında partlayıcı maddə tapılması olub. Finalın təşkilatçıları təhlükəsizliyə zəmanət verə bilmədikləri üçün oyun təxirə salınıb.

Final matçının yeni tarixi yaxın zamanda açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button