“Narahat olacaq bir şey yoxdur” – “Dandalk”ın futbolçusu

“Dandalk”ın futbolçusu Maykl Daffi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan 25 yaşlı oyunçu mərhələni keçə biləcəklərini deyib:

“Bu dəfə özümü daha sakit hiss edirəm. Narahat olacaq bir şey yoxdur. Oyunun nə qədər böyük olduğunu və qazanacağımız təqdirdə, nələr olacağını yaxşı bilirik. Bu il bizdən çoxlu gözləntilər var. Bunları həyata keçirmək üçün çoxlu fürsətimiz də var.

Özümüzü yaxşı hiss edirik. Evdə aldığımız nəticədən sonra mərhələ adlamaq şanslarımız var. Oyunu səbirsizliklə gözləyirik. Mövsümün ən yaxşı dönəmindəyik.

İlk oyunun ikinci hissəsində sərgilədiyimiz oyundan sonra daha müsbət düşünə bilərik. “Qarabağ”ın öz meydanında azarkeşləri ilə birlikdə daha sərt olacağını bilirik. Sadəcə düzgün müdafiə olunub, ilk oyunun ikinci hissəsindəki kimi çıxış etsək, mərhələ keçə bilərik”.

“Qarabağ” – “Dandalk” matçı sabah, saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button