“Roma”dan Çin klubuna – Rəsmi

Çinin “Şanxay Şenxua” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Roma”dan Stefan Əl Şaaravini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Şanxay Şenxua” Stefan üçün “Roma”ya 20 milyon avro təzminat ödəyib. İtalyan futbolçu yeni klubunda 3 ilinə 40 milyon avro qazanacaq.

“Cenoa” klubunun yetirməsi olan Stefan, “Milan”, “Monako” kimi komandalarda da çıxış edib. O, 23 dəfə formasını geyindiyi İtaliya millisində 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button