Çempionlar Liqası: İlk mükafatçılar bilindi

Çempionlar Liqasında 1/8 finalın ilk oyunları çərçivəsində keçirilən “Atletiko” – “Liverpul” və “Borussiya” (Dortmund) – PSJ matçlarının ən yaxşı oyunçuları məlum olub.

Komanda.az xəbər verir ki, “Atletiko”nun “Liverpul”u 1:0 hesabıyla məğlub etdiyi görüşün ən yaxşısı Renan Lodi olub. 21 yaşlı braziliyalı müdafiəçi “Liverpul”dan Məhəmməd Salaha qarşı çıxış edib və 90 dəqiqə uğurla müdafiə olunub.

Dortmund “Borussiya”sının PSJ-ni məğlub etdiyi görüşün (2:1) ən yaxşısı ev sahibinin hücumçusu Erlinq Haland olub. Norveçli futbolçu 8 dəqiqə ərzində 2 qol vuraraq, komandasına qələbə qazandırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçlarının ən yaxşıları üçün mükafat təsis edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button