UEFA qərar verdi: “Çelsi” bağlı tribunalar qarşısında oynayacaq

UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək “Slaviya” (Praqa) – “Çelsi” matçı bağlı tribunalar qarşısında oynanılacaq.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərarı qurumun İntizam Komitəsi verib. Buna səbəb, “Slaviya” azarkeşlərinin Avropa Liqasının 1/16 finalında “Genk”lə keçirilən matçda (0:0) priotexniki vasitələrdən istifadə etməsi olub.

“Slaviya” – “Çelsi” görüşü zamanı stadionun 3 tribunası bağlı olacaq.

Sözügedən qarşılaşma aprelin 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button