Bundesliqa klubundan daha iki transfer

Almaniyanın “Volfsburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Maynts”dan yarımmüdafiəçi Ridle Bakunu, Moskva “Dinamo”sundan isə Maksimilian Filippi heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Baku ilə 5 illik müqavilə imzalanıb. Filipp isə mövsümün sonuna qədər icarəyə götürülüb. Ridle yeni komandasında “20”, Maksimilian isə “17” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ridle Baku “Maynts”ın öz yetirməsidir. 22 yaşlı alman futbolçu bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2018-ci ildən “Maynts”ın əsas komandasında forma geyinirdi.

Maksimilian Filipp isə peşəkar karyerasına “Enerji Kottbus” klubunda başlayıb. O, sonralar “Frayburq” və “Borussiya”nın (Dortmund) da uğurları üçün çalışıb. 2019-cu ildə isə alman futbolçu Rusiyanın “Dinamo” (Moskva) klubuna transfer olunub.