“Bayern” doğma meydanda uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Köln” doğma meydanda turnir cədvəlinin sonuncusu “Qroyter”i qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşma “Qroyter”in növbəti məğlubiyyəti ilə başa çatıb.

Şənbə günü daha beş qarşılaşma baş tutub. Dortmund “Borussiya”sı “Auqsburq”la, Mönhenqladbax “Borussiya”sı isə “Volfsburq”la qarşılaşıb. Dortmundlular evdə, mönhenqladbaxlılar səfərdə qələbə qazanıblar.

“Herta” doğma meydanda “Qroyter”ə uduzub. “Ştutqart” “Hoffenhaym”ı, “Leyptsiq” isə “Bohum”u məğlub yola salıb.

Lider “Bayern” bu turda “Ayntraxt”ı sınağa çəkib. Münhen təmsilçisi doğma meydanda məğlub olub. Turun son matçında “Bayer” səfərdə “Arminiya”nın qonağı olub və darmadağınla qalib gəlib.

Almaniya Bundesliqası, 7-ci tur

1 oktyabr

Köln – Qroyter 3:1
Qol
: Andersson, 50. Skhiri, 55; 89 – Meyerhofer, 7.

2 oktyabr

Borussiya D – Auqsburq 2:1
Qol
: Gerreyro, 10. Brandt, 51 – Zeqiri, 35.

Volfsburq – Borussiya M 1:3
Qol
: Valdşmidt, 25 – Embolo, 5. Hofmann, 7.

Herta – Qroyter 1:2
Qol
: Pyontek, 70 – Linhart, 17. Petersen, 78.

Ştutqart – Hoffenhaym 3:1
Qol
: Kempf, 18. Mavropanos, 60. Massimo, 81 – Larsen, 84.

Leyptsiq – Bohum 3:0
Qol
: A.Silva, 70. Nkunku, 73; 78.

3 oktyabr

Maynts – Yunion 1:2
Qol
: İnqvartsen, 39 – Avoniyi, 69; 73.

Bayern – Ayntraxt 1:2
Qol
: Qoretska, 29 – Hinteregger, 32. Kostiç, 83.

Arminiya – Bayer 0:4
Qol
: Diabi, 18. Şik, 24; 57. K.Demirbay, 90+2.

Bombardir: Robert Levandovski (“Bayern”), Erlinq Haland (“Borussiya”, Dortmund) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button