“Əminəm ki, Xavi “Barselona”da uğur qazanacaq” – Puyol

“Barselona”nın keçmiş futbolçusu Karles Puyol komandanın yeni baş məşqçisi Xavi haqda danışıb.

Komanda.az xəbər verir ki, “Reuters” agentliyinə danışan Puyol, Xavinin Kataloniya klubunda uğur qazanacağına inandığını deyib:

“Xavini yaxşı tanıyıram. Bilirəm ki, o, bu işə yaxşı hazırlaşıb. Əminəm ki, Xavi “Barselona”da uğur qazanacaq.

Futbolçu kimi kifayət qədər təcrübəsi var. Çətin vaxtlarda belə, vəziyyətdən çıxmağı bacarıb. Xaviyə güvənmək və inanmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button