“Bu, mənə veriləcək sual deyil” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 37-ci turunda “Selta”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Kuman, 1:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bu, hər zaman başımıza gəlir. Daha güclü oynayırıq, üstünlük bizdə olur, ancaq rəqib bir dəfə gəlir və qol vurur. Qollara baxsaz, bəxtimizin gətirmədiyini görərsiz. Çox məyusuq. Bu nəticədən sonra mənim gələcəyim? Bu, mənə veriləcək sual deyil”.

“Barselona” La Liqada 76 xalla 3-cü sıradadır. Kataloniya təmsilçisinin çempionluq şansı qalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button