“Barselona”da itki: 2 həftə olmayacaq

“Barselona”nın futbolçusu Jordi Albanın UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Slaviya” (Çexiya) ilə oyunda (0:0) zədələndiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin vəziyyətinə aydınlıq gəlib. Topuq nahiyəsindən zədələnən Alba, təxminən iki həftə “Barselona”ya kömək edə bilməyəcək.

Alba bu müddətdə La Liqanın növbəti turunda keçiriləcək “Selta” ilə oyunu buraxmalı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button