Əsgər Əlizadə AÇ-nin finalında

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Əsgər Əlizadə qitə birinciliyinə inamlı qələbəylə start verib. Güləşçimiz ilk qarşılaşmada Rumıniya idmançısını elə ilk hissədə məğlub edib. Növbəti görüşdə Rusiyanı təmsil edən həmyerlimizə qalib gələn Əsgər yarımfinala yüksəlib. Əlizadə bolqar rəqibini isə “tuşe” ilə yenərək adını finala yazdıran ilk güləşçimiz olub. Yığmamızın üzvü iyunun 5-də final qarşılaşmasını keçirəcək.

Niyaz Ərzumanov ilk görüşdə Finlandiya təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Macarıstan güləşçisinə məğlub olub.

Ülvi Qənizadə startda Almaniya idmançısını üstələyib. Ötən il analoji yarışın baş mükafatına yiyələnən güləşçimiz növbəti qarşılaşmada Finlandiya idmançısını vaxtından əvvəl məyus edib. Ancaq 1/4 finalda Rusiya güləşçisiylə bacarmayıb.

Tarış Əbilov debütdə macar rəqibinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Əbilov iyunun 5-də təsəlliverici görüşə çıxacaq.

60 kq
1/8 final – Əsgər Əlizadə – Manuel Stoika (ROU) 12:3
1/4 final – Əsgər Əlizadə – Anar Mansurov (RUS) 3:1
1/2 final – Əsgər Əlizadə – İvo Krasimirov İliev (BUL) 18:9 (tuşe)
FİNAL – Əsgər Əlizadə – Dieqo Çxikvadze (GEO)

67 kq
Təsnifat – Niyaz Ərzumanov – Coni Pekka Komppa (FİN) 2:0
1/8 final – Niyaz Ərzumanov – Kristian İştvan Vança (HUN)

72 kq
Təsnifat – Ülvi Qənizadə – Erik Loser (GER) 2:1
1/8 final – Ülvi Qənizadə – Akseli Elias Hannuksela (FİN) 9:0
1/4 final – Ülvi Qənizadə – Sergey Stepanov (RUS) 4:6

97 kq
Təsnifat – Tarış Əbilov – Aleks Gerqo Şoke (HUN) 0:9
Təsəlliverici görüş – Tarış Əbilov – Beyyullah Kayışdağ (TUR)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button