Əşrəfin anası: “Mənə and içdi ki, günahsızdır”

PSJ-nin futbolçusu Əşrəf Hakiminin anası Səidə Moh oğlunun zorlama iddialarına münasibət bildirib.

Komanda.az “Sportkeeda”-ya istinadən xəbər ki, o, oğlunun günahsız olduğunu düşünür:

“Ürəyim deyir ki, oğlum günahsızdır. O, çox yaxşı tərbiyə olunub. Mən onunla bu barədə danışdım, mənə and içdi və əmin etdi ki, günahsızdır. Əşrəf indi başına gələnlərə layiq deyil”.

Martın əvvəlində 24 yaşlı mərakeşliyə qarşı bu ilin fevralında bir qıza təcavüz etməkdə rəsmi ittiham irəli sürülüb. Futbolçunun vəkili bildirib ki, Paris klubu Hakimini dəstəkləyir və onun günahsız olduğuna inanır.

Müdafiəçi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button